Ana Sayfa > Karusel / Dünya > "Rusiya hərbçiləri yerli sakinlərin mobil telefonlarını əllərindən alırlar" - Ukrayna DİN

"Rusiya hərbçiləri yerli sakinlərin mobil telefonlarını əllərindən alırlar" - Ukrayna DİN


1-03-2022, 10:14. Yazar: admen
"Rusiya hərbçiləri yerli sakinlərin mobil telefonlarını əllərindən alırlar" - Ukrayna DİN

Ukraynanın mobil operatorları Rusiya ilə telefon əlaqələrini blok edib.

“Report” xəbər verir ki, məlumatı Ukraynanın Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, telefon əlaqəsi kəsildiyindən Rusiya hərbçiləri ölkələrinə mobil telefonla zəng edə bilmir.

Məlumata görə, onları yerli sakinlərin, Ukrayna vətəndaşlarının telefonlarını alaraq, bu yolla Rusiyaya zəng edirlər.

“Mobil telefonları Rusiya hərbçiləri tərəfindən alınan ukraynalılar bu barədə təcili olaraq operatorlara məlumat vermələri xahiş olunur. Oğurlanan telefonların nömrəsinin tez bir zamanda bağlanmasının operatordan istəmək lazımdır.

Stasironar telefonlardan istifadə etmək çox vacibdir. Bundan dövlətmizin təhlükəsizliyi və ukraynalıların həyatı asılıdır”, - müraciətdə qeyd olunub.

AİA.Az
Geri dön