Ana Sayfa > Seçki 2024 > Azərbaycan pandemiya ilə mübarizədə daha böyük uğurlara nail olub

Azərbaycan pandemiya ilə mübarizədə daha böyük uğurlara nail olub


1-03-2022, 09:37. Yazar: admen
Azərbaycan pandemiya ilə mübarizədə daha böyük uğurlara nail olub

Vətəndaşların rifah halının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması hər zaman dövlət başçısının diqqət mərkəzindədir. Koronavirusla mübarizənin bazasının gücləndirilməsi üçün önləyici tədbirlər görülməyə başlandı.Həkimlər bu virusla mübarizəyə səfərbər oldular. Xarici ölkələrdən ixtisaslı həkimlər dəvət edildi, modul tipli xəstəxanalar açıldı. Bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Cəmiyyət həmin fonda lazımı dəstək verməyə başladı.

Pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub.

İlk əvvəl virusla mübarizə üçün zəruri tibbi avadanlıqlar çatışmırdı. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı, dezinfeksiya vasitələri, həkimlər üçün geyimlər, kombinezonlar artıq ölkəmizdə istehsal olunmağa başladı.

Bununla paralel olaraq Azərbaycan bir çox ehtiyacı olan ölkələrə də yardım etdi. Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstərildi. Azərbaycan beynəlxalq təşkilat vasitəsi ilə 29 ölkəyə humanitar yardım göstərib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan COVİD -19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayır və bütün dövlətlərə buna ehtiyacı olan az və orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə təşfiq edir. Bu kompleksdə Azərbaycan bütün ölkələr üçün COVİD-19 peyvəndlərinin məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazr Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyir. Bundan əlavə, Azərbaycan BMT sülhməramlılarının mürəkkəb vəziyyətlə üzləşdiyini nəzərə alaraq BMT-nin sülhməramlı əməliyyatlarına COVİD-19 əleyhinə peyvənd ianə edən ölkələrin səylərini alqışlayır”.

Bu günə qədər yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub. Virusdan əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır. Bu mənada Qoşulmama Hərəkatı post-COVİD-19 dövrünün bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edəcək.

Şəhla Ağbulud
Geri dön