Ana Sayfa > Seçki 2024 > QOŞULMAMA HƏTƏKATINA SƏDRLİK EDƏN ÖLKƏMİZ HEÇ BİR BLOKA QOŞULMUR, QONŞU VƏ REGİON DÖVLƏTLƏRİ İLƏ MÜNASİBƏTLƏRİN YKSƏLƏN XƏTT ÜZRƏ İNKİŞAFINA ÜSTÜNLÜK VERİR

QOŞULMAMA HƏTƏKATINA SƏDRLİK EDƏN ÖLKƏMİZ HEÇ BİR BLOKA QOŞULMUR, QONŞU VƏ REGİON DÖVLƏTLƏRİ İLƏ MÜNASİBƏTLƏRİN YKSƏLƏN XƏTT ÜZRƏ İNKİŞAFINA ÜSTÜNLÜK VERİR


28-02-2022, 16:22. Yazar: sevinc1
QOŞULMAMA HƏTƏKATINA SƏDRLİK EDƏN ÖLKƏMİZ HEÇ BİR BLOKA QOŞULMUR, QONŞU VƏ REGİON DÖVLƏTLƏRİ İLƏ MÜNASİBƏTLƏRİN YKSƏLƏN XƏTT ÜZRƏ İNKİŞAFINA ÜSTÜNLÜK VERİR

Azərbaycan beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı daim təbliğ edir və xarici siyasətdə qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir;

Qonşu və region ölkələri ilə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir və Vətən müharibəsi zamanı tarixi Zəfərin qazanılmasında bu amilin böyük rolu olmuşdur. 2021-ci il noyabrın 20-də xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq “Qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?” fikrini ifadə etməklə Prezident İlham Əliyev ölkəmizin hətta Ermənistanla da normallaşma prosesinin sürətlənməsində maraqlı olduğumuzu vurğulamışdır.

Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri ölkəmizin təhlükəsizliyi üçün əlavə zəmanət verir və 2021-ci il iyun ayının 15-də imzalanan “Şuşa Bəyannaməsi" Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib.

Azərbaycanın qonşu Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir;

Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir və bu barədə mövqeyi tam aydındır. Ölkəmiz heç vaxt özünün üçüncü ölkələrə qarşı istifadə olunmasına imkan verməmişdir və heç vaxt bu niyyətdə olmayacaqdır. Prezident İlham Əliyevin Ukraynaya 14 yanvar 2022-ci il tarixli səfəri zamanı bu mövqe bir daha ifadə olunub.

Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var və hər iki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və

Azərbaycan-Rusiya münasibətləri dinamik şəkildə inkişaf edir. Hər iki ölkə arasında strateji tərəfdaşlığın mahiyyətini müəyyən edən bir çox sənədlər imzalanmışdır.

“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” 3 iyul 1997-ci il tarixli Müqavilə, “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında” 3 iyul 2008-ci il tarixli Bəyannamə və “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında” 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanat bu qəbildəndir. Hazırda ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Eyni zamanda əmtəə dövriyyəsinin həcmi 16 faiz artmaqla 3 milyard dolları keçib və bu ildə də artım tempi davam edir. Azərbaycanın kənd-təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas bazarlardan biridir.

2022-ci 22 fevral tarixli Moskva Bəyannaməsi də eyni məqsədlərə xidmət edir və hər iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir.

Bəyannamənin bütün müddəaları qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir.

Bəyannaməyə əsasən hər iki ölkə öz münasibətlərini qarşılıqlı müttəfiqlik fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Tərəflər öz milli

maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər və həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət göstərirlər. Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət sahəsində qarşılıqlı fəaliyyət Bəyannamənin əsas müddəalarındandır.

Azərbaycan 2020-ci ilin noyabr ayında regionda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasında Rusiya Federasiyasının vasitəçilik rolunu yüksək qiymətləndirir. Regionda sabitlik, təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi ön planda durur.

Tərəflər beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin Tərəflər səhiyyə sahəsində, infeksion xəstəliklərə qarşı mübarizə də daxil olmaqla əhalinin sanitar-epidemioloji rifahının təmin edilməsi sahəsində birgə layihələrin həyata keçirilməsində əməkdaşlığı inkişaf etdirəcəklər, həmçinin bioloji təhlükəsizlik sahəsində əməkdaşlığın qurulması imkanlarını öyrənəcəklər;Moskva Bəyannaməsi Azərbaycanın maraqlarına cavab verir. Tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə təmin edir, müstəqil siyasətin aparılması üçün əlavə zəmanət verir və ölkəmizə yeni imkanlar qazandırır.

Bəzi maraqlı şəxslər, Bəyannamənin mahiyyətini təhrif etməyə, onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı əsassız iddialar irəli sürür.

Bu iddialar tamam yanlışdır və sənədin yanlış interpretasiyası qəti yolverilməzdir. Bunu dərk etməmək naşılıq və ya anlaqsızlıq, görməmək siyasi korluq, görmək istəməmək isə məkirlilik və qərəzli olmaq deməkdir.


Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
aia.az

Geri dön