Ana Sayfa > Ölkə > YAP Samux rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir
YAP Samux rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir28-02-2022, 15:25. Yazar: sevinc1 |
![]() 28 Fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı Alabaşlı qəsəbə, Alabaşlı orta məktəb, Alabaşlı Uşaq Bağçası, Qara-arx qəsəbə və Qara-arx orta məktəb ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edən partiya fəalları ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər. Daha sonra təşkilati məsələlərə baxılaraq ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib. Vüqar Tağıyev Alabaşlı ərazi partiya təşkilatının sədri, Ədalət Həsənov sədr müavini; Mafizə Məmmədova Alabaşlı orta məktəb ərazi partiya təşkilatının sədri, Əlvan Cəfərova sədr müavini; Nərgiz İbrahimova Alabaşlı Uşaq Bağçası ərazi partiya təşkilatının sədri, Svetlana Zeynalova sədr müavini; İntizami Bağırov Qara-arx qəsəbə ərazi partiya təşkilatının sədri, Dəstə İsmayılov sədr müavini; Nəzakət Alməmmədova Qara-arx orta məktəb ərazi partiya təşkilatının sədri, Təranə Sanıyeva sədr müavini seçiliblər. Yığıncaqlarda iştirak edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə çağırıb. aia.az Geri dön |