Ana Sayfa > Manşet / Gündəm > Bu da oldu - Putin vəzifəsindən kənarlaşdırıldı
Bu da oldu - Putin vəzifəsindən kənarlaşdırıldı28-02-2022, 11:05. Yazar: admen |
Rusiyanın Ukraynaya təcavüzündən sonra dünyanın qınağına tuş gələn Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Cüdo Federasiyasının (IJF) fəxri prezidenti vəzifəsindən kənarlaşdırılıb. AİA.Az xəbər verir ki, İJF-nin bugünkü bəyanatında deyilir: "Ukraynadakı müharibə fonunda Beynəlxalq Cüdo Federasiyası cənab Vladimir Putinin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti və səfiri statusunun dayandırıldığını elan edir". Beynəlxalq Cüdo Federasiyası 2012-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putinə ən böyük mükafatlarından biri olan “səkkizinci dan qara kəmər” verib. O, 2008-ci ildə Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti seçilib. Vladimir Putin 11 yaşından bu döyüş sənətini məşq etməyə başlayıb. 21 yaşında Leninqrad çempionu olub və usta adını alıb. 1999-cu ildə “Vladimir Putinlə cüdo öyrənmək” kitabı nəşr olunub. Məlumat üçün bildirək ki, Rusiya lideri V.Putin 24 fevral tarixində Ukraynaya qarşı müharibə elan etdikdən sonra ölkəsinə və şəxsinə qarşı Qərb ölkələri, o cümlədən Aİ tərəfindən bir sıra sanksiyalar tətbiq edilib. Geri dön |