Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda DƏHŞƏT:
Azərbaycanda DƏHŞƏT:28-02-2022, 10:52. Yazar: sevinc1 |
Bakıda kişi arvadını bıçaqlayaraq öldürüb. Xətai rayon prokurorluğundan aia.az-a bildirilib ki, fevralın 25-də 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib, nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. aia.az Geri dön |