Ana Sayfa > Seçki 2024 > Dünya ölkələri hava məkanlarını Rusiya aviasiyasının üzünə bağlayıb - SİYAHI

Dünya ölkələri hava məkanlarını Rusiya aviasiyasının üzünə bağlayıb - SİYAHI


28-02-2022, 09:59. Yazar: admen
Dünya ölkələri hava məkanlarını Rusiya aviasiyasının üzünə bağlayıb - SİYAHI

Avropa İttifaqı ölkələri və Kanada Rusiya Federasiyasının Ukraynada qarşı müharibənin başlamasından sonra öz hava məkanlarını Rusiya aviasiyasına bağlamağa başlayıb.

Bu səbəbdən Rusiyanın aviaşirkətləri reysləri kütləvi şəkildə ləğv edir.

Hazırda Böyük Britaniya, Kanada, Polşa, Çexiya, Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Sloveniya, Belçika, Danimarka, Finlandiya, Almaniya, İslandiya, İrlandiya, İtaliya, Avstriya, Portuqaliya, İsveç və Niderland, Albaniya hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıb. Onlara İspaniya və Şimali Makedoniya da qoşulub.

Qeyd edək ki, Rusiya təyyarələri üçün səmanı bağlayan ilk ölkə fevralın 26-da gecə yarısından etibarən Polşa olub.

“Mən Nazirlər Şurasının Rusiya aviaşirkətləri üçün hava məkanının bağlanmasına gətirib çıxaracaq qərarının hazırlanmasına göstəriş vermişəm”, - Baş nazir Mateuş Moravetski bildirib.

AİA.Az
Geri dön