Ana Sayfa > Media > Kim nə qədər yatır?
Kim nə qədər yatır?10-05-2016, 21:44. Yazar: admin |
Yuxu rejimi dünyanın ayrı-ayrı yerlərində müxtəlifdir. Kişilər və qadınlar arasında da yuxu rejimi fərqlilik göstərir. Aia.Az musavat.com-a istinadən bildirir ki, araşdırmalar nəticəsində qadınların kişilərdən 30 dəq çox yatdığı məlum olub. Araşdırma Avstraliya, Belçika, Fransa, BƏƏ, Kanada və Hollandiyada yuxu vaxtının 8 saat və ondan yuxarı olduğunu göstərib. Yaponiya və Sinqapurda isə gecə yuxusunun 8 saatdan az olduğu bildirilir. İsveçrə, İngiltərə. ABŞ, İtaliya və Braziliyada gecə yuxusunun vaxtının 8 saatdan aşağı olduğu məlum olub. Qeyd olunub ki, Yaponiya və Sinqapurda ortalama yuxu vaxtı 7 saat 24 dəqiqə, Hollandiyada isə bu vaxt 8 saat 12 dəqiqədir. aia.az Geri dön |