Ana Sayfa > Gündəm > Gədəbəy rayonunda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Gədəbəy rayonunda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.26-02-2022, 15:40. Yazar: admen |
![]() AİA.Az xəbər verir ki, 25 fevral 2020-ci il tarixində YAP Gədəbəy rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. İlk olaraq vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edənlər YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Zaur Mehdiyev, Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov və gənclər Xocalı faciəsi və Qarabağ müharibəsi haqqında ətraflı məlumat verərək bildirdilər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı dəstələrinin törətdiyi soyqırım bəşər tarixinin ən qanlı terror aktıdır. Qeyd olundu ki, cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalıda 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qalmışlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 44 günlük Vətən müharibəsində qazanılan zəfərə Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət göstərdi. 30 ildən sonra Xalqımız 30 ildən sonra işğal altında olan torpaqlarımızın azadlığına nail olaraq mübarizə əzminin qırılmadığını bir daha nümayiş etdirdi. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırım cinayətlərindən biri olduğunu vurğulayıblar. Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisası alındı və onların qanı yerdə qalmadı. Geri dön |