Ana Sayfa > Siyasət > Rusiya ilə imzalanan sənəddə göstərilən öhdəliklər daha çox Rusiyaya aiddir
Rusiya ilə imzalanan sənəddə göstərilən öhdəliklər daha çox Rusiyaya aiddir25-02-2022, 18:34. Yazar: sevinc1 |
![]() Fəxrəddin Vəliyev Yeni Azərbaycan Partiyası Şəmkir Təşkilatının Sədri Moskva Bəyannaməsinin əsas fəlsəfəsi ölkələrin qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət nümayiş etdirərək münasibətlərin güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlikdir.Bu gün Azərbaycan və Rusiya arasındakı münasibətlər dinamik şəkildə inkişaf edir. İki ölkə arasında münasibətlərin daha da inkişafına həm də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında mövcud olan etibarlı dostluq əlaqələri mühüm təsir edir. Əlbəttə, dövlət başçıları arasında bu cür səmimi və etibarlı münasibətlərin olması həm də xalqların sülh, təhlükəsizlik və firavan şəraitdə rahat yaşaması üçün zəruridir. Bu baxımdan da Moskva Bəyannaməsinin əhəmiyyətini yüksək qiymətləndirmək olar Bəyannamədə hər iki ölkənin müstəqil xarici siyasət yürütməsi qeyd olunur və tərəflər bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Sənəddə mühüm məqamlardan biri də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, o cümlədən 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyinin vurğulanmasıdır. Bu sənəd Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasətin növbəti təzahürüdür. Azərbaycan son illər çoxşaxəli müstəqil siyasəti, region ölkələri və beynəlxalq aləmlə isti münasibətləri dünyanın super gücə malik dövlətlərinin rəhbərlərinin də diqqətini cəlb edib. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi vəzifələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında da bu amil mühüm rol oynayıb. Bir neçə gün əvvəl imzalanan Moskva Bəyannaməsi bu dostluğun yüksək səviyyədə olmasının bariz nümunəsidir. Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən sonra Cənubi Qafqazda artıq yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas aparıcıları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, Azərbaycanın hər iki qonşu ölkə ilə müttəfiqlik bəyannaməsi imzalaması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Bu sənədə əsasən iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurur. Eyni zamanda, müttəfiqlik münasibətlərinə xələl gətirən, o cümlədən bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək, öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəlik götürürlər. Bu faktlar Moskva Bəyannaməsinin ölkəmiz üçün əhəmiyyətli olduğunu təsdiqləyir. Beləliklə, Moskva Bəyannaməsi ilə Azərbaycan-Rusiya münasibətləri keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Rusiya ilə imzalanan sənəddə göstərilən öhdəliklər daha çox Rusiyaya aiddir. Azərbaycan istənilən halda Rusiyanın ərazi bütövlüyünə, sərhəd toxunulmazlığına qarşı addımlar atmaq, bu ölkəyə güc tətbiq etmək, Rusiya ərazisində terrorçuluq, ekstremizm, separatçılığa dəstək vermək fikrində və gücündə deyil. Ona görə bu sənədlə tərəflərin üzərinə götürdüyü öhdəliklər Azərbaycan dövlətinin və xalqının maraqlarına tam uyğundur. Eyni zamanda, regionda gedən proseslər göstərir ki, Rusiyanın təsiri bu bəyannamə olmadan da artmaqdadır. Bu sənəd Rusiyadan çox Azərbaycana lazımdır, çünki ölkəmiz postsovet məkanında hökm sürən qeyri-müəyyənlik və təhdidlər fonunda öz təhlükəsizliyi və toxunulmazlığına dair daha bir rəsmi zəmanət alır. Beləliklə, Rusiyanın Azərbaycana təsir imkanları azalır, Azərbaycan isə əlavə təminatlar almaqla daha da güclənir. aia.az Geri dön |