Ana Sayfa > Aia TV > Azərbaycanda bu mədəniyyət çox aşağı səviyyədədir

Azərbaycanda bu mədəniyyət çox aşağı səviyyədədir


10-05-2016, 21:17. Yazar: admin
Azərbaycanda bu mədəniyyət çox aşağı səviyyədədir




Çoxumuz alış-veriş etdikdə ticarət obyektlərində alınan məbləğin kassaya vurulmadığının, kassa çekinin verilmədiyinin şahidi olmuşuq. Bu isə vergidən yayınma deməkdir. Əgər bu vergidən yayınmanın gizli yoludursa, onu dövlət büdcəsinə açıq-aşkar şəkildə ödəməkdən imtina edənlər də var.



Bunu vergilər naziri Fazil Məmmədov da təsdiq edib. Nazir bu gün jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda bəzi sahibkarlar vergi ödəməkdən yayınırlar.



Məsələ ilə bağlı vəziyyəti Milli.Az-a şərh edən iqtisadçı-ekspert Rəşad Əliyev bildirib ki, ölkəmizdə vergi ödəmə mədəniyyəti həqiqətən çox aşağıdır:



"İnsanlar, xüsusən də sahibkarlar ümumiyyətlə vergi ödəməyi xoşlamırlar və bu təkcə bizdə yox, bütün dünyada belədir. Sözsüz ki, vergi mədəniyyəti aşağı olduqca cəmiyyətdə vergini "düz ödəmək" istəyi də çox aşağı olur. Amma Azərbaycanda bu problem çox qabarıqdır və vergi mədəniyyəti olduqca aşağı səviyyədədir".



Ekspert hesab edir ki, görülən tədbirlərə və aparılan islahatlara baxmayaraq, bu istiqamətdə hələ çoxlu işlər aparılmalıdır: "Amma vergidən yayınmalarla bağlı vergi qanunvericiliyinin sərtləşdirilməsinin tam olaraq əleyhinəyəm. Çıxış yolu kimi ancaq kompleks tədbirlərin həyata keçirilməsi daha məqsədəuyğun olardı. Burada eyni zamanda vergi nəzarəti gücləndirilməli, təşviqat işləri aparılmalıdır. Yəni çalışılmalıdır ki, eyni zamanda həm vergidən yayınmaq çətin olsun, həm də sahibkar vergidən yayınmaq fikri ilə yaşamasın. Başa düşsünlər ki, hər kəs bacardıqca ölkəsinə xidmət etməlidir. Sahibkarın xidməti isə iş yerləri açmaqla yanaşı, dövlətə vergi ödəməkdir".

İlkin İzzət
Geri dön