Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda 1 755 nəfər COVID-19-a yoluxub, 23 nəfər vəfat edib

Azərbaycanda 1 755 nəfər COVID-19-a yoluxub, 23 nəfər vəfat edib


24-02-2022, 16:59. Yazar: sevinc1
Azərbaycanda 1 755 nəfər COVID-19-a yoluxub, 23 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 755 yeni yoluxma faktı qeydə alınıb, 4 517 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 781 538 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 754 041 nəfər müalicə olunaraq sağalıb, 9 330 nəfər vəfat edib. 18 167 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 291, bu günə qədər isə ümumilikdə 6 522 155 test icra olunub.

aia.az
Geri dön