Ana Sayfa > Karusel / Ölkə > 21 yaşlı gəncin qətli ilə bağlı
21 yaşlı gəncin qətli ilə bağlı24-02-2022, 16:10. Yazar: sevinc1 |
![]() Tərtər Rayon Prokurorluğu 21 yaşlı gəncin qətli barədə məlumat yayıb. Prokurorluqdan aia.az-a daxil olan məlumatda deyilir: "Fevralın 23-ü saat 20 radələrində 2001-ci il təvəllüdlü Elgün Qurbanlının aldığı xəsarətlərdən Bərdə Rayon Diaqnostika Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla Tərtər rayonu ərazisində 2004-cü il təvəllüdlü İlkin Nəzərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elgün Qurbanlıya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. İlkin Nəzərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir". aia.az Geri dön |