Ana Sayfa > Gündəm > AZAL Bakı-Moskva-Bakı reysində uçuş marşrutunu dəyişib
AZAL Bakı-Moskva-Bakı reysində uçuş marşrutunu dəyişib24-02-2022, 11:47. Yazar: admen |
“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Moskva sərnişin reysini həyata keçirən təyyarələrin uçuş marşrutunu dəyişib. Aviaşirkətdən AİA.Az-a verilən məlumata görə, sözügedən qərar NOTAM Rusiya hava məkanının müəyyən hissələrində mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə bağlıdır. Aviaşirkət Bakı-Moskva-Bakı reysini Qazaxıstan ərazisindən keçməklə yerinə yetirəcək ki, bu da uçuş vaxtının artmasına səbəb olacaq. Uçuşun təxmini vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək. aia.az Geri dön |