Ana Sayfa > İqtisadiyyat > Azərbaycan nefti bahalaşır
Azərbaycan nefti bahalaşır24-02-2022, 10:34. Yazar: admen |
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 23-də 100,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur. Bu barədə AİA.Az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 99,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,14 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 90,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 100,49 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel çoxdur. aia.az Geri dön |