Ana Sayfa > Təhsil > Məktəbi bitirə bilməyənlər üçün imtahan
Məktəbi bitirə bilməyənlər üçün imtahan10-05-2016, 19:44. Yazar: admin |
Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat verir ki, eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq. Eksternat qaydasında imtahan vermək üçün İdarəyə 533 nəfər müraciət edib. İmtahanlar 3 gün ərzində əsas fənlər üzrə keçiriləcək. Eksternlərin hər günə ən çoxu 5 fənn üzrə imtahan verməsi nəzərdə tutulub, hər imtahan günü üçün 2 saat vaxt təyin edilib. Eksternlər hər fənn üzrə 10 suala cavab verəcəklər. Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin və buraxılış vərəqəsinin gətirilməsi vacibdir. aia.az Geri dön |