Ana Sayfa > Manşet / Gündəm > Bir ailənin qəzada məhv olduğu yolla bağlı iddialara
Bir ailənin qəzada məhv olduğu yolla bağlı iddialara22-02-2022, 13:40. Yazar: sevinc1 |
Son 2-3 gündə Quba yolunda baş vermiş faciə mənə də pis təsir edib. aia.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib. O bildirib ki, təəssüf ki, respublikanın bütün avtomobil yollarında hadisələr olur: "Quba yolundakı faciə də o hadisələrdəndir. Yollarda hərəkət sürətini göstərən yol işarələri var. Əgər sürücülər həmin işarələrə nəzarət etsələr, təhlükəsiz hərəkət edə bilərlər. Həmin yol Bakı-Sumqayıt dairəvi yoludur. Bu yol 1984-cü ildə çəkilib. 2008-ci ildə həmin yol yenidən qurulub. Həmin vaxt o yolda çəkmələr nəzərə alınıb. Biz bu yolda təmir işləri aparırıq. Həmin yolda 3 hərəkət zolağından iki hərəkət zolağına keçid var. Orada yolun daralması və 60 km-lik sürət həddi işarəsi qoyulub. Hadisənin səbəblərinin yolun təmirsiz olması ilə əlaqələndirmək düzgün deyil. Bunu milli faciə etməyək". S.Məmmədov bildirib ki, Quba-Rusiya sərhədi avtomobil yolu 2010-cu ildə istifadəyə verilib: "Ola bilsin ki, layihə düzgün icra olunmayıb, çəkilişdə səhlənkarlığa yol verilib, deyə o yol sıradan çıxıb. O yolun beton örtüyünün dəyişdirilməsinə böyük vəsait lazımdır. Buna görə də həmin yola alternativ yol çəkilib. Həmin yol 2022-ci ildə istifadəyə veriləcək". aia.az Geri dön |