Ana Sayfa > Dünya > Ukrayna hərbçilərin Rusiya ərazisinə daxil olması barədə məlumatı təkzib edib
Ukrayna hərbçilərin Rusiya ərazisinə daxil olması barədə məlumatı təkzib edib21-02-2022, 17:59. Yazar: admen |
Ukrayna Dövlət Sərhəd Xidməti Rusiya tərəfinin ukraynalı hərbçilərin Rusiya ərazisinə daxil olması ilə bağlı yaydığı məlumatı təkzib edib. AİA.Az-ın məlumatına görə, Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin açıqlamasında deyilir. Qeyd olunur ki, Rusiya tərəfinin açıqladığı məlumatlar təxribat xarakteri daşıyır. Hər hansı bir insidentlə əlaqədar Rusiya tərəfindən heç bir qeyri-adi vəziyyət barədə məlumat daxil olmayıb. Xatırladaq ki, Rusiya Müdafiə Naziriyinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub ki, fevralın 21-də səhər saatlarında Ukrayna ərazisindən daxil olan qrupla sərhədçilər arasında atışma baş verib. Nəticədə qruplaşmanın üzvləri zərərsizləşdirib. İki piyada döyüş maşını (PDM) isə Rusiya ordusu tərəfindən məhv edilib. AİA.Az Geri dön |