Ana Sayfa > Siyasət > Ermənilərdən növbəti düşmənçilik nümayişi - Azərbaycan deputatlarının səfərinə görə yolu bağladılar

Ermənilərdən növbəti düşmənçilik nümayişi - Azərbaycan deputatlarının səfərinə görə yolu bağladılar


21-02-2022, 14:59. Yazar: admen
Ermənilərdən növbəti düşmənçilik nümayişi - Azərbaycan deputatlarının səfərinə görə yolu bağladılar

Ermənistanda özlərini müharibə iştirakçıları adlandıran şəxslər "Zvartnots" Beynəlxalq Hava Limanına gedən yolu bağlayaraq azərbaycanlı deputatların ölkələrinə gəlişinə etiraz olaraq hava limanına gedən yolu bağlayıblar.

AİA.Az xəbər verir ki, fevralın 21-də müharibə iştirakçıları və Azərbaycan nümayəndə heyəti üzvlərinin İrəvana gəlməsinin əleyhinə olduqlarını bildiriblər.

Qeyd edək ki, Avronest Parlament Assambleyasının iclasında Azərbaycan nümayəndə heyətinin iştirak edəcək. Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda səfərdədirlər. Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

AİA.Az
Geri dön