Ana Sayfa > İqtisadiyyat > Azərbaycan Rusiyanın 80-dən çox regionu ilə əməkdaşlıq edir - Nazir müavini
Azərbaycan Rusiyanın 80-dən çox regionu ilə əməkdaşlıq edir - Nazir müavini21-02-2022, 14:06. Yazar: admen |
Rusiya regionlarının biznes nümayəndələrinin Azərbaycana səfərləri ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişafı üçün çox vacibdir. AİA.Az-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında siyasi və ticari-iqtisadi münasibətlərin inkişafında ölkə prezidentləri aparıcı rol oynayır. "Prezidentlər arasında dostluq və ali səviyyədə qəbul edilən qərarlar ticari-iqtisadi münasibətlərin inkişafına ciddi təkan verir. Koronavirus pandemiyasının iqtisadiyyatlara mənfi təsirlərinə baxmayaraq, Rusiya və Azərbaycan stabil artım və bərpa nümayiş etdirilib", - deyə o bildirib. O qeyd edib ki, 2021-ci ildə Azərbaycanın ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 12 faiz artıb. "Həmin dövrdə ixrac 30 faizdən çox, idxal isə 6 faizə yaxın artıb", - nazir müavini bildirib. N.Səfərov vurğulayıb ki, Azərbaycan Rusiyanın 80-dən çox regionu ilə əməkdaşlıq edir. "20-dən çox regionla ticari-iqtisadi istiqamət üzrə müxtəlif sazişlər imzalanıb", - deyə o bildirib. Geri dön |