Ana Sayfa > İqtisadiyyat > Rusiya şirkətləri azad edilmiş ərazilərdə işə başlayıb

Rusiya şirkətləri azad edilmiş ərazilərdə işə başlayıb


21-02-2022, 14:00. Yazar: admen
Rusiya şirkətləri azad edilmiş ərazilərdə işə başlayıb

Azərbaycanın azad edilmiş ərazilərində artıq Rusiya şirkətləri işləyir.

AİA.AZ məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, 20-yə yaxın Rusiya şirkəti azad edilmiş ərazilərdə fəaliyyət üçün maraq göstərib və onlardan bəziləri artıq işə başlayıb.

"Azərbaycan və Udmurtiya ticarət münasibətlərinin genişləndirilməsinə xidmət edəcək tədbirlər planını müəyyən edib. Biz tədbirlər planları, yol xəritələri, iqtisadi inkişaf prioritetləri kimi məsələləri müzakirə etmişik", - deyə o bildirib.

Nazir müavini qeyd edib ki, investisiya layihələri və məlumat mübadiləsi mexnaizmləri də müəyyən edilib.
Geri dön