Ana Sayfa > Manşet / Siyasət > Azərbaycanlı deputatlar Yerevana gedəcəklər

Azərbaycanlı deputatlar Yerevana gedəcəklər


21-02-2022, 10:31. Yazar: admen
Azərbaycanlı deputatlar Yerevana gedəcəklər

Fevralın 22-də Ermənistanın paytaxtı Yerevanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək.

Milli Məclisdən AİA.Az-a verilən məlumata görə, tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.

Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

AİA.Az
Geri dön