Ana Sayfa > Seçki 2024 > Samux sakini külli miqdarda heroinlə saxlanılıb

Samux sakini külli miqdarda heroinlə saxlanılıb


21-02-2022, 10:28. Yazar: admen
Samux sakini külli miqdarda heroinlə saxlanılıb

Samux sakinində narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AİA.Az verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Mahir Mehrəliyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

AİA.Az
Geri dön