Ana Sayfa > Ölkə > Azərbaycanın ədliyyə generalı vəfat etdi

Azərbaycanın ədliyyə generalı vəfat etdi


20-02-2022, 10:32. Yazar: admen
Azərbaycanın ədliyyə generalı vəfat etdi

Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru, ehtiyatda olan ədliyyə generalı vəfat edib.

AİA.Az bildirir ki, Hüseyn Muxtar oğlu Hüseynov uzun müddət davam edən xəstəlikdən sonra ötən gün rəhmətə gedib.

H. Hüseynov bu gün dəfn ediləcək.

Qeyd edək ki, H. Hüseynov uzun müddət prokurorluq orqanlarında çalışıb.

O, 1991-ci ildə Naxçıvanın prokuroru olub. H.Hüseynov eyni zamanda Yasamal, Səbail rayonlarında prokuror kimi fəaliyyət göstərib. Respublikanın Baş Prokurorluğunda bir sıra vəzifələrdə çalışıb. 2002-ci ildən ehtiyata buraxılıb.
Geri dön