Ana Sayfa > Şou-biznes > “Bəzən toyları geri qaytarırdıq, arxayın idik ki, tədbirdən qonorar alacağıq...”

“Bəzən toyları geri qaytarırdıq, arxayın idik ki, tədbirdən qonorar alacağıq...”


20-02-2022, 09:46. Yazar: admen
“Bəzən toyları geri qaytarırdıq, arxayın idik ki, tədbirdən qonorar alacağıq...”

"Heç vaxt qalmaqalla gündəmə gəlməmişik. O qədər istəyiblər ki, bizi qalmaqala çəksinlər, amma alınmayıb. Bizi onsuz da bilən bilir ki, qalmaqalla aramız yoxdur. Hətta tələbələrimə də məsləhət verirəm ki, qalmaqalla gündəmə gəlməyin. Amma kimsə, hansısa sənətçi qalmaqalla, sənətdən ayrı nələrləsə gündəmə gəlmək istəyirsə bu onun şəxsi işidir. Biz heç kimə bunu edib yaxud etməməsini qadağan edə bilmərik"

AİA.Az xəbər verir ki bunu moderator.az-a açıqlamasında xalq artisti Gülyaz Məmmədova deyib. Müğənni daha sonra bacısı ilə sənətə yeni addımlayanda xalq artisti Polad Bülbüloğlunun onlara olan dəstəyindən də danışıb.

"Polad müəllim, gənclik illərimizdən sevdiyimiz, gözəl müğənnimiz, Bülbülün yadigarıdır. Biz Polad Bülbüloğlunu Mədəniyyət Naziri kimi çox sevmişik, çünki o xalq, bəstəkar, muğama çox böyük dəyər verən sənətkar idi. Özü musiqi aləmində olduğu üçün musiqiçiləri gözəl anlayıb, dəyərləndirirdi. Musiqiyə bu cür dəyər verən 2-ci Mədəniyyət Naziri hələ ki, gəlməyib. Onun mahnılarını oxuyanda çox sevinirdi, şərəf duyurdu, təşəkkür edirdi. Gör bu insan nə qədər mahnılar yazıb?! Onun bir dənə elə "Gəl ey Səhər" mahnısı hər şeyə bəsdir. Polad müəllim bizi "Rəşid" ansamblımızla çox qastrol səfərlərinə aparırdı. Konsertin sonunu "Mehriban olaq" yaxud da "Azərbaycan"-la bitirirdik. O görürdü ki, tamaşaçılar bizi necə qarşılayırlar, yola salırdılar. Ona görə bizi dünyanın hər bir yerinə aparırdı, bizdən çox razı idi. Yaxınılaşıb deyirdi ki, mənim əziz bacımlarım, çox sağ olun, hər zaman üzümü ağ etmisiniz, siz gənc yaşlarınızdan sənətkar adını qazanan şəxslərsiniz. O hətta mənim "Leyli və Məcnun" tamaşama da gəlmişdi, Mənsum müəllimlə bizi təbrik etmişdi. Onunla bağlı o qədər gözəl xatirələrimiz var ki. Biz tədbirlərdə çıxış edirdik, hər çıxışımızda adımıza qonorar yazılırdı, gedib qonorarımızı alırdıq. Bütün sənət adamlarından soruşsanız bunu təsdiqləyə bilər. Heç ona görə də toylara getmirdik, toyları geri qaytarırdıq, arxayın idik ki, gəlirimiz var. Neyləsən də o dəyəri, yaxşılıqları insan ödəyə bilmir" deyə xalq artisti bildirib.
Geri dön