Ana Sayfa > İdman > "Mahirin "Sevilya"ya qarşı oynamaq şansı var" - Jelko Kopiç

"Mahirin "Sevilya"ya qarşı oynamaq şansı var" - Jelko Kopiç


17-02-2022, 16:41. Yazar: admen
"Mahirin "Sevilya"ya qarşı oynamaq şansı var" - Jelko Kopiç

"Mahir Emrelinin sabah debüt etmək şansı var. Onu komandanı gücləndirmək üçün gətirmişik".

AİA.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri millimizin hücumçusu Mahir Emrelinin yeni komandası Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç Avropa Liqasının pley-off məhləsinin "Sevilya" ilə ilk oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

O, 24 yaşlı hücumçunun ideal vəziyyətdə olmadığını da bildirib: "Tam hazır vəziyyətdə deyil. Bütün bunlarda diqqətli olmalıyıq. O da hamı kimi heyətdədir və sabah oynamaq ehtimalı var".

Qeyd edək ki, bu gecə oynanılacaq "Sevilya" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Geri dön