Ana Sayfa > Seçki 2024 > YAP Saatlı rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

YAP Saatlı rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib


17-02-2022, 16:32. Yazar: sevinc1
YAP Saatlı rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Yığıncaqlar 7 saylı və 12 saylı ərazi partiya təşkilatlarında baş tutub.

İlk öncə Azərbaycan xalqının Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz və müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqlarda təşkilati məsələlərə baxılıb. 7 saylı ərazi partiya təşkilatına Orxan Əliyev sədr, Vüsal Allahverdiyev isə sədr müavini, 12 saylı ərazi partiya təşkilatına İlkin Zeynalov sədr, Bəylər Əliyev isə sədr müavini seçiliblər.

Rayon təşkilatının sədri Lütvəli Şıxəliyev yeni seçilən sədr və sədr müavinlərini təbrik edib, işlərində uğurlar arzulayıb.

aia.az
Geri dön