Ana Sayfa > Seçki 2024 > "Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verir ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun".

"Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verir ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun".


17-02-2022, 13:05. Yazar: sevinc1
"Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verir ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun".

Hər bir dövlətin və xalqın həyatında, inkişafında ən vacib amillərdən biri məhz ən yüksək pillədə kimin dayanmasıdır. Siyasi liderin populyarlığı və nüfuzu onun ölkə daxilində, xalq arasında qazandığı nailiyyətlərdən asılıdır. Liderin rəhbərliyi dövründə sosial, iqtisadi və siyasi sahələrdə apardığı işlərin nəticələrinə görə insanların müəyyən rəyləri formalaşır. Eyni zamanda, dövlətin başında dayanan şəxsin apardığı siyasət, ya xalqının taleyində uğurla nəticələnir, ya da nəinki uğursuz olur, hətta dövlətçiliyi belə zərbə altına qoyur. Uzağa getmədən biz hər iki misalı Azərbaycan və Ermənistan timsalında görə bilərik. Ermənistanın ayrı-ayrı rəhbərlərinin apardıqları siyasət bu gün erməni xalqının dövlətçiliyinin gələcəyini sual altına qoyub. Bunun əksinə olaraq isə Azərbaycan Respublikası Prezident İlham Əliyevin başçılığı ilə qısa müddətdə nəinki regionun, hətta dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilməyi bacarıb.

Bu müharibə Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayiş etdirdi

Qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan öz gücü ilə əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramını uğurla icra edir. İnfrastruktur xarakterli tədbirlər - su, elektrik, istilik və sair təchizat sahələrində ciddi addımlar atılır. Ərazilərin minalardan təmizlənməsi istiqamətində mühüm işlər görülür. Bütün bunlar sözün əsl mənasında Böyük Qayıdış nümunəsidir. İşğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin fevralın 13-də Ağdama səfəri zamanı bu reallığın bir daha şahidi olduq.

28 illik işğal dövründə ermənilərin tamamilə viran qoyduqları Ağdamın da yenidən qurulması üçün görülən işlər gündən-günə sürətlənir. Prezident İlham Əliyev fevralın 13-də Ağdam rayonuna səfəri zamanı çıxışında bildirib ki, bu rayonun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verəcək ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun: “Bu gün Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Sənaye parkının təməl daşını mən keçən dəfə Ağdamda qoymuşdum, Müstəqillik Günündə qoymuşdum. Bu gün isə artıq ilk müəssisələrin təməli qoyuldu. Artıq 5 rezident vardır və onlar işə başlayırlar. Beləliklə, 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Bu, çox önəmli hadisədir. Ona görə ki, Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarımızda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq”.

İşğaldan azad edilmiş ərazilərdə başlanan bərpa-quruculuq işlərinin gündən-günə sürətlənir, genişmiqyaslı layihələr uğurla icra olunur. Azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma - iki ilə inşa ediləcək. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. İnşa olunan 1 nömrəli məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıbdır. "Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur.Artıq Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilib. Ağdamlılar, şuşalılar və digər bölgələrdən olan vətəndaşlar gəlirlər, tanış olurlar və öz gözləri ilə görürlər ki, bizim xalqımız hansı bəla ilə üz-üzə idi. Otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb. İmarət ermənilər tərəfindən dağıdılıb, təhqir edilmişdir". Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təxminən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlayıb. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq”.

Tarixi və dini abidələrin bərpa olunması işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür. İşğaldan azad olunmuş ərazilərdə görülən işlər Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir.
Fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-yenidənqurma işlərinin gedişi ilə tanış olublar."Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə yarıdağılmış Ağdam məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verir ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun". Dövlətimizin başçısının dediyi kimi, bütün tarixi və dini abidələr bərpa olunacaq!

Nəticədə 44 günlük müharibədə Ali Baş Komandan müzəffər ordusunun döyüşlərdəki uğurları ilə eyni vaxtda informasiya siyasətinin də başına keçərək Azərbaycanın haqq səsinin dünya mediasına və birliyinə çatdırdı, diplomatik sahədə və informasiya müharibəsində uğurlarımız Qarabağın işğaldan azad edilməsi prosesində qələbəmiz üçün müstəsna əhəmiyyət kəsb etdi.
Prezident İlham Əliyev sübut etdi ki, dahi siyasətçinin və böyük dövlət xadiminin ən layiqli varisidir. Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. O həm də sübut etdi ki, Azərbaycan kimi çətin coğrafi mövqedə yerləşən türk-müsəlman dövlətinin taleyi onun liderindən çox asılıdır.

Bütün dünyada olduqca intensiv, gərgin, ziddiyyətli və qarışıq proseslərin getdiyi, qlobal trendlərdə qeyri-müəyyənliyin hökm sürdüyü bir mərhələdə müstəqil dövlət quruculuğu kursunu yaradıcı şəkildə inkişaf etdirmək, dünyanın böyük dövlətlərinin Azərbaycanla hesablaşmasına nail olmaq və nəhayət, işğal altındakı torpaqları geri qaytarmaq, əlbəttə, tarixi xidmətdir.

Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu. Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsdir!

Xancanova Hüsniyyə,
Xəzər rayonu, 92 N°li tam orta məktəbin müəllimi


Geri dön