Ana Sayfa > Ölkə > Keçmiş məhkumdan “Kalaşnikov” avtomatı və narkotik götürüldü

Keçmiş məhkumdan “Kalaşnikov” avtomatı və narkotik götürüldü


17-02-2022, 10:05. Yazar: sevinc1
Keçmiş məhkumdan “Kalaşnikov” avtomatı və narkotik götürüldü

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında şəhər ərazisində həyata keçirdikləri tədbir nəticəsində yaşadığı ünvanda qanunsuz odlu silah və narkotik vasitə saxlayan şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayon sakini Mehman Qəhrəmanov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana və tiryək aşkarlanıb.

Mehman Qəhrəmanovun şəhər ərazisindəki yaşadığı ünvana baxış zamanı isə 124
qram marixuana və 30 qram tiryək, eləcə də bir ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

aia.az
Geri dön