Ana Sayfa > Cəmiyyət > Arvadını kişilərə satan ərin "namus"u oyandı

Arvadını kişilərə satan ərin "namus"u oyandı


10-05-2016, 13:50. Yazar: admin




Boşadığı, amma birlikdə yaşadığı arvadını fahişəliyə vadar edən, qadını hər gün "müştəri"lərə satan ər sonucda "namusa boğularaq" qadını döymək istəyib. Lakin onu sabiq arvadının sevgilisi güllələyib.
Aia.az İHA-ya istinadən bildirir ki, olay İstanbulda yaşanıb.

26 yaşlı Abdülkadir Turan bu ilin əvvəlində arvadı Çağla ilə boşanmışdı. Lakin Abdulkadirlə 24 yaşlı Çağla bir mənzildə yaşamağa davam edirdilər. 2 ay əvvəl isə Abdulkadir arvadını fahişəliyə vadar edib, qadını hər gün bir neçə kişiyə "satıb". Çağla Turan əvvəl etiraz etməyə çalışıb, lakin vəhşicəsinə döyüləndən sonra fahişəliyə razılaşıb.
İki həftə əvvəl o, fahişəlik etməyəcəyini, müştərilərindən olan Şahinə vurulduğunu və onunla yaşayacağını deyib.
Bunu deyən Çağla Turan sevgilisi Şahinin mənzilinə, Bakırköydəki Cevizlik məhəlləsindəki Halıs Kıran küçəsindəki evə köçüb.
Bundan xəbər tutan Abdulkadir Turan həmin ünvana yollanıb. Şahini çağıran Abdulkadir qışqırmağa başlayıb: "Arvadım gecəni sənin evində qalıb! Ya onu mənə qaytar, ya da yanında qalırsa, hər gecənin pulu ver. Müftə heç nə olmur!"

Şahin Turan da hirslənib, maşınına oturmuş Abdulkadirə tapançasından iki dəfə atəş açıb.
Abdulkadir Turan hadisə yerinə keçinib.

Aia.az
Geri dön