Ana Sayfa > Təhsil > Bu il müəllimlərin işə qəbulunda neçə vakant yer ayrılacaq?

Bu il müəllimlərin işə qəbulunda neçə vakant yer ayrılacaq?


16-02-2022, 13:26. Yazar: sevinc1
Bu il müəllimlərin işə qəbulunda neçə vakant yer ayrılacaq?

Bu il müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində ötənilki sayda vakant yer elan ediləcək.

AİA.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, ötən il 8000-ə yaxın vakansiya elan edildi. Tədris ili müddətində də əlavə 5000 yer ayrıldı.

"Ümumilikdə 13 minə yaxın vakansiya elan olundu. Eyni sayda vakant yerlər builki MİQ müsabiqəsində də elan ediləcək", -deyə o əlavə edib.
Geri dön