Ana Sayfa > Seçki 2024 > İcra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdirlər

İcra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdirlər


16-02-2022, 12:31. Yazar: sevinc1
İcra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdirlər

Azərbaycanın İqtisadi inkişaf dinamikası hətta pandemiya dıvrünün çətinlikləri vaxtı belə qorunub saxlanıldı. Hal-hazırda da işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri öz potensial gücümüz hesabına həyata keçirilir. Bu da əlbəttə ki, dövlət başçısının yorulmaz əməyi, doğru-düzgün həyata keçirdiyi siyasət, aparılan islahatlar nəticəsində baş verir. Cənab Prezident görülən işlərə şəxsən nəzarət edir, mütəmadi olaraq yeni layihələrin aşılışında iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 fevral tarixində “Qobu” Enerji Qovşağının açılışını etdi. Açılış zamanı Prezident AZƏRTAC-a geniş müsahibə vermişdir. O bildirmişdir ki, “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Gücü 750 meqavat olan Yaşma yarımstansiyanın və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərəcəkdir.

Bu, rekord göstəricidir. Azərbaycan artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkədir. Həm artan daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat yeni addımların atılmasına sövq edir. Azərbaycanda öz vəsaiti hesabına inşa edilən nəhəng enerji obyektlərinin istifadəyə verilməsi ölkənin maliyyə və texniki imkanlarından xəbər verir.

Müstəqillik dövründə əhali 7 milyondan 10 milyona çatıbdır. Bu, ölkədə gedən müsbət meyllərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür.

Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici ölkədir. Keçən ay enerji sahəsində ən böyük şirkətlərdən biri – “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməli qoyulmuş 240 meqavatlıq külək elektrik stansiyası artıq gələn il istifadəyə veriləcəkdir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.

Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq prioritet planlardan biridir. Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil, eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı da öz rolunu oynayacaqdır. Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaqdır. Birinci xətt Gürcüstan-Türkiyə üzərindən keçir.
artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır. Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacaqdır.

Rafiq İsayev,
Xətai rayon İcra Hakimiyyəti, rayon
Təsərrüfat şöbəsinin müdiri

AİA.Az

Geri dön