Ana Sayfa > Ölkə > Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı hazırlıq işləri aparılır
Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı hazırlıq işləri aparılır16-02-2022, 11:23. Yazar: sevinc1 |
Bakının Xətai rayonunda "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı hazırlıq işləri aparılır. Bunu Trend-ə açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib. Onun sözlərinə görə, parkda abadlıq, təmizlik işləri görülür, yeni güllər əkilir: "Hər il olduğu kimi bu il də Xocalı prospekti boyu binaların fasadlarına, hasarlara soyqırımına aid bannerlərin vurulması nəzərdə tutulur. Hazırda çatışmazlıqlar aradan qaldırılır. İşlər yaxın zamanda yekunlaşacaq", - deyə P.İmanov qeyd edib. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü. aia.az Geri dön |