Ana Sayfa > Cəmiyyət > Bakıda qadın qəza törədib qaçdı

Bakıda qadın qəza törədib qaçdı


10-05-2016, 13:40. Yazar: admin

Polis onu saxlayıb.

Bakıda yol qəzası törədərək hadisə yerindən qaçan qadın sürücü saxlanılıb.

Aia.az xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytı məlumat yayıb.

Məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində Mehman Nəzərovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “BMW” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Dürdanə Rzayeva saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aia.az
Geri dön