Ana Sayfa > Karusel / Seçki 2024 > Göygöldə 20 yaşlı gənc tanışı tərəfindən öldürülüb

Göygöldə 20 yaşlı gənc tanışı tərəfindən öldürülüb


16-02-2022, 10:02. Yazar: sevinc1
Göygöldə 20 yaşlı gənc tanışı tərəfindən öldürülüb

Fevralın 15-də saat 22 radələrində Göygöl rayonu ərazisində 2002-ci il təvəllüdlü Cavidan Məmmədovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Göygöl rayon prokurorluğundan aia.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü Cəlal Apiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavidan Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cəlal Apiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

aia.az
Geri dön