Ana Sayfa > İdman > Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında növbəti mərhələyə vəsiqə qazanıb

Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında növbəti mərhələyə vəsiqə qazanıb


15-02-2022, 17:48. Yazar: sevinc1
Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında növbəti mərhələyə vəsiqə qazanıb

Pekində davam edən 24-cü Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova qadınlar arasında qısa proqramda çıxışını başa vurub.

aia.az-ın məlumatına görə, o, 61.82 xalla ilk 24 idmançı arasında yer alaraq sərbəst proqrama vəsiqə qazanıb.

Y.Ryabova fevralın 17-də sərbəst proqramda mübarizəsini davam etdirəcək

Xatırladaq ki, digər idmançımız Vladimir Litvintsev kişilər arasında yarışda iki proqramın yekununda 18-ci olmuşdu.

Çində Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək.

aia.z
Geri dön