Ana Sayfa > Gündəm > Baş Prokurorluq zorlamada təqsirləndirilən şəxsin bəraət hökmündən protest verdi
Baş Prokurorluq zorlamada təqsirləndirilən şəxsin bəraət hökmündən protest verdi15-02-2022, 17:36. Yazar: sevinc1 |
Baş Prokurorluq Bərdə rayon məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmündən protest verib. Baş Prokurorluqdan Trend-in sorğusuna cavab olaraq bildirilir ki, Bərdə rayon məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 152.1-ci mаddəsi ilə təqsirləndirilən Bərdə rayon sakininə bəraət verilib. Qeyd olunan hökmün işin faktiki hallarına uyğun olmaması əsası ilə həmin şəxsin Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılması məqsədilə fevralın 15-də Baş Prokurorluq tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə protest verilib. aia.az Geri dön |