Ana Sayfa > Seçki 2024 > YAP Sabirabad rayon təşkilatının qərargahında vətəndaşlar üçün “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilmişdir

YAP Sabirabad rayon təşkilatının qərargahında vətəndaşlar üçün “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilmişdir


15-02-2022, 14:23. Yazar: sevinc1
YAP Sabirabad rayon təşkilatının qərargahında vətəndaşlar üçün “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilmişdir

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Milli Məclisin deputatı Kamal Cəfərovun dəstəyi ilə YAP Sabirabad rayon təşkilatının qərargahında vətəndaşlar üçün növbəti “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilmişdir.

Görüşdə 62 vətəndaşın 68 müraciətinə baxılmış, şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı mediasiya qurumlarına və məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuşdur.
Rayon sakinləri üçün pulsuz hüquqi yardımın təşkilinə görə Vəkillər Kollegiyasının sədri Anar Baghirova, o cümlədən “Pro Bono” Vəkil Bürosunun müdiri Şahmar Məmmədova, həmçinin Sabirabad rayonuna ezam edilmiş vəkillər Bəylər Məmişov, Elcan Həsənli və Sabirabadlıların dostu Araz müəllimə təşəkkür edirik.

AİA.Az
Geri dön