Ana Sayfa > Seçki 2024 > YAP Samux rayon təşkilatı sədrinin təqdimatı olub

YAP Samux rayon təşkilatı sədrinin təqdimatı olub


15-02-2022, 13:21. Yazar: sevinc1
YAP Samux rayon təşkilatı sədrinin təqdimatı olub

15 Fevralın 2022-ci il tarixdə YAP Samux rayon təşkilatının akt zalında Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri vəzifəsinə təyin edilmiş Gündüz Bayramovun təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və partiya fəalları iştirak ediblər. Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Tədbiri giriş sözü ilə Samux rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev açaraq vurğulayıb ki, Yeni Azərbaycan Partiyası bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrilərək öz ətrafında cəmiyyətin ən intellektual təbəqələrini, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyev ideyalarına sadiq insanları birləşdirib. O bildirib ki, partiyanın yeni Nizamnaməsinin tələblərinə uyğun olaraq YAP İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli qərarına əsasən partiyanın yerli təşkilatlarına sədrlər təyin olunub və bu gün məqsədimiz YAP Samux rayon təşkilatının sədrini sizlərə təqdim etməkdir.

A.Qocayev Yeni Azərbaycan Partiyasının avanqard siyasi qüvvə olaraq ölkəmizdə aparılan bütün mütərəqqi və məqsədyönlü işlərin önündə getdiyini, daim Azərbaycanın siyasi sisteminə yeniliklər gətirdiyini bildirib. YAP Samux rayon təşkilatının ötən müddət ərzindəki fəaliyyətindən danışan icra başçısı təşkilata uzun müddət rəhbərlik edən Gündüz Bayramovun xidmətlərini yüksək qiymətləndirib, bütün partiya üzvləri adından ona xüsusi təşəkkürünü bildirib və
onu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən partiya fəalları Mahirə Məmmədova, Gəray Bayramov, Təhminə Əliyeva, İlqar Alıyev və Nurlana Həsənova Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm partiyanın həm də dövlətimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib, YAP Samux rayon təşkilatının sədri vəzifəsinə təyin edilən Gündüz Bayramova gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək, ona göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğruldacağını vurğulayıb.

AİA.Az

Geri dön