Ana Sayfa > Siyasət > Baş nazir Əli Əsədov gürcüstanlı həmkarı ilə danışıb

Baş nazir Əli Əsədov gürcüstanlı həmkarı ilə danışıb


14-02-2022, 14:52. Yazar: sevinc1
Baş nazir Əli Əsədov gürcüstanlı həmkarı ilə danışıb

Fevralın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən aia.az-a verilən məlumata görə, telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatçılıq və həmrəylik ifadə edilib.

Eyni zamanda Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

aia.az
Geri dön