Ana Sayfa > Ölkə > Bakıda taksi sürücüsü 3 məktəbli qıza seksual hərəkətlər etdi - Polis işə qarışdı
Bakıda taksi sürücüsü 3 məktəbli qıza seksual hərəkətlər etdi - Polis işə qarışdı12-02-2022, 11:43. Yazar: admen |
Bakıda 3 məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər edən taksi sürücüsü saxlanılıb. AİA.Az bildirir ki, Xəzər rayonu Şağan qəsəbəsində yaşayan 3 ailə qızlarını məktəbə aparıb-gətirməsi üçün taksi sürücüsü ilə anlaşıblar. Bir müddət öncə hər üç qızın valideynləri polisə müraciət edərək bildiriblər ki, 54 yaşlı həmin şəxs 2021-ci il fevral ayından etibarən onların 8, 9 və 12 yaşlı qızlarına qarşı mütəmadi olaraq seksual xarakterli hərəkətlər edib. Araşdırma zamanı şikayətdə qeyd edilən əməlin törədildiyinə şübhə yarandığı üçün Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə ittiham edilən şəxs artıq saxlanılıb. İstintaq davam etdirilir. Geri dön |