Ana Sayfa > Təhsil > Qubadlı təhsilinin uğurları davam edir

Qubadlı təhsilinin uğurları davam edir


11-02-2022, 16:44. Yazar: sevinc1
Qubadlı təhsilinin uğurları davam edir

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi"nin nəticələrinə əsasən "Ümumi təhsil kateqoriyası" üzrə müsabiqənin qalibi olmuş Qubadlı rayonu N. Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbi tərəfindən "Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya" layihəsi davam etdirilir. Layihə çərçivəsində 10 fevral 2022-ci il tarixdə tədbir təşkil edilmiş, şagirdlərin əl işlərindən, rəsm əsərlərindən ibarət sərgi nümayiş olunmuşdur.
Tədbirdə Rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov, Şöbə əməkdaşları, məktəb rəhbərliyi, pedaqoji kollektivi, layihəyə cəlb edilmiş şagirdlər, qonaqlar iştirak etmişlər.
Layihənin həyata keçirilməsində əsas məqsəd diskriminasiyaya məruz qalan, cəmiyyətdən təcrid olunmuş, imtiyazsız və sosial təbəqənin sahib olduğu imkanlara malik olmayan şagirdlərin dəstəklənməsi, cəmiyyətə inteqrasiyasının həyata keçirilməsidir.
Tədbirdə layihədə uğurla iştirak edən şagirdlərə fəxri fərmanlar verilmiş, sonda şagirdlərin əl işlərindən, rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Onu da qeyd edək ki, 6 ay müddətində həyata keçirilməsi planlaşdırılan layihə bu ilin mart ayında yekunlaşacaq.

AİA.Az
Geri dön