Ana Sayfa > Gündəm > Dövlət Neft Şirkətinin yeni birinci vitse-prezidenti Rövşən Nəcəf kimdir? -
Dövlət Neft Şirkətinin yeni birinci vitse-prezidenti Rövşən Nəcəf kimdir? -10-02-2022, 15:58. Yazar: sevinc1 |
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib. Trend xəbər verir ki, R.Nəcəf 1982-ci ildə Bakıda anadan olub.1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib. 2007-2008-ci illərdə Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlayıb. 2003-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb. 2008-2009-cu illərdə SOCAR-ın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib. 2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf Nazirinin köməkçisi olub. 2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb. Ölkə prezidentinin 2018-ci il 11 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib. Ölkə prezidentinin 2019-cu il 28 avqust tarixli Sərəncamı ilə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, 2020-ci il 11 fevral tarixli Sərəncamı ilə İqtisadiyyat nazirinin müavini təyin edilib. 2021-ci il 24 dekabr tarixli Sərəncam ilə iqtisadiyyat nazirinin I müavini vəzifəsinə təyin olunub. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 3-cü dərəcəli dövlət müşaviridir. Evlidir, 2 övladı var. Geri dön |