Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda Vahid Səhiyyə Çağrı Mərkəzi yaradılacaq
Azərbaycanda Vahid Səhiyyə Çağrı Mərkəzi yaradılacaq10-02-2022, 11:31. Yazar: sevinc1 |
"Səhiyyə Nazirliyinin nəzdində Vahid Səhiyyə Çağrı Mərkəzi yaradılacaq". aia.az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, hər bir vətəndaş həmin Çağrı Mərkəzinə müraciət edərək tibblə bağlı istənilən sorğusunu ünvanlaya biləcək: “Bununla da vətəndaşların problemlərinin həllini və sorğusunu operativ şəkildə cavablandırılmasına nail olacağıq. Təbii ki, nazirliyin rəsmi saytı vasitəsilə daxil olan müaricətlər də qəbul olunaraq dərhal cavablandırılacaq. Həmçinin kağız daşıyıcılar vasitəsilə daxil olan müraciətlərə də davamlı olaraq operativ və effektiv baxılması təmin ediləcək”. T.Musayev əlavə edib ki, səhiyyənin rəqəmsallaşdırılması ilə bağlı strategiya hazırlanır: “5 illik dövrü əhatə edəcək strategiyanın yaxın vaxtlarda aidiyyəti üzrə təqdim olunması planlaşdırılır. Beləliklə səhiyyə sitemi də iqtisadiyyatın digər sahələri kimi rəqəmsallaşmağa başlayacaq”. aia.az Geri dön |