Ana Sayfa > Ölkə > Qəbələdə toy mərasimlərində karantin qaydaları pozulub

Qəbələdə toy mərasimlərində karantin qaydaları pozulub


8-02-2022, 18:00. Yazar: sevinc1
Qəbələdə toy mərasimlərində karantin qaydaları pozulub

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, rayonun Yemişənli və Mirzəbəyli kəndlərində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində təşkil edilən toy mərasimlərində müəyyən edilən say həddindən artıq, eləcə də COVID-19 pasportu olmayan qonaqların iştirak etdiyi müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy sahibləri barəsində protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

aia.az
Geri dön