Ana Sayfa > Dünya > Rusiyada "omikron" ştammı yoluxmaların 60 faizini təşkil edir

Rusiyada "omikron" ştammı yoluxmaların 60 faizini təşkil edir


8-02-2022, 17:39. Yazar: sevinc1
Rusiyada "omikron" ştammı yoluxmaların 60 faizini təşkil edir

Rusiyada koronavirusa yeni yoluxanların 60 faizdən çoxu "omikron" ştammı daşıyıcılarıdır.

aia.az-ın məlumatına görə, bunu Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova brifinq zamanı deyib.

O qeyd edib ki, 1 yaşa qədər uşaqlar arasında da yoluxma halları artır.

"Hazırda "omikron" yoluxma hallarının 60 faizdən çoxunu, delta ştammı 35 faizini təşkil edir", - deyə o bildirib.

Qeyd edək ki, Rusiyada bu günədək koronavirusa yoluxanların sayı 13 milyon, ölənlərin sayı 336 min nəfəri ötüb.

aia.az
Geri dön