Ana Sayfa > Seçki 2024 > Saatlı rayonunda şəhid məzarı ziyarət edilb.

Saatlı rayonunda şəhid məzarı ziyarət edilb.


8-02-2022, 15:40. Yazar: admen
Saatlı rayonunda şəhid məzarı ziyarət edilb.

Saatlı rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının, Saatlı rayon Gənclər və İdman idarəsinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrundakı 44 günlük Vətən müharibəsində döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olan Həsənov Elvin Hökməli oğlunun məzarını ziyarət edərək, ruhuna dualar oxuyublar, məzarı önünə gül dəstələri düzüblər. Rayonun Əhmədbəyli kəndində şəhidin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa olmuş “Şəhid Bulağının” açılış mərasimində iştirak edərək şəhidin ailə üzvləri ilə görüşüblər. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

AİA.Az


Geri dön