Ana Sayfa > Seçki 2024 > YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov aparat işçiləri ilə birlikdə Vətən müharibəsi şəhidi Nurullayev Anar Siyavuş oğlunun ailəsini ziyarət ediblər.

YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov aparat işçiləri ilə birlikdə Vətən müharibəsi şəhidi Nurullayev Anar Siyavuş oğlunun ailəsini ziyarət ediblər.


8-02-2022, 15:14. Yazar: admen
YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov aparat işçiləri ilə birlikdə Vətən müharibəsi şəhidi Nurullayev Anar Siyavuş oğlunun ailəsini ziyarət ediblər.

Ziyarət zamanı şəhidmizin keçdiyi döyüş yolundan söhbət açılıb, ailənin qayğıları ilə maraqlanan rayon təşkilatının sədri Varis Rüstəmov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ savaşının məhz şəhidlərimizin qanı və canı bahasına uğurla nəticələndiyini, eyni zamanda, 30 ildən sonra qəhrəman ordumuzun torpaqlarımızı düşmən tapdağından azad etdiyini vurğulayıb. Daha sonra şəhidmizin məzarı ziyarət olunaraq, məzarı önünə gül-çiçək dəstələri düzülüb və ruhuna dualar oxunub. Şəhid ailəsi diqqət və qayğıya görə ölkə rəhbəri, cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaki, 17 feval 2022-ci il tarixində Şəhid Nurullayev Anarın il mərasimidir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

AİA.Az
Geri dön