Ana Sayfa > Şou-biznes > Qadın sürücülər üçün ayrı qanun olsun?

Qadın sürücülər üçün ayrı qanun olsun?


10-05-2016, 11:21. Yazar: admin



Təklif edirəm ki, "Yol hərəkəti haqqında" Qanuna qadın sürücülərlə bağlı dəyişiklik edilsin və kişi sürücülərə icazə verilsin ki, qadın sürücülərin idarə etdiyi nəqliyyat vasitəsini sağdan ötsünlər.

Aia.az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert, "avtosfer.az" saytının baş redaktoru Elməddin Muradlı bildirib.

O, belə bir təkliflə çıxış etməsini qadın sürücülərin əksəriyyətinin avtomobili yolun sol zolağı ilə çox aşağı sürətlə sürməsi ilə əsaslandırıb və fikirlərini ironik şəkildə belə ifadə edib:

"Çünki əksər qadın sürücülər düşürlər ən sol zolağa, öz kefiylə sürürlər. Arxadan "morqat" edirsən, baxmır, siqnal verirsən, vecinə almır, düşüb 10 dənə "jim" vurursan, 3 dəfə dala, 4 dəfə qabağa salto aşırsan, baxmır, göz yaşı tökürsən, rəhm eləmir. Hara kimi istəsə, ora kimi də sol zolaqla gedir".

Aia.az
Geri dön