Ana Sayfa > Təhsil > İmtahan kəsiri olan tələbələrin sayı açıqlanıb

İmtahan kəsiri olan tələbələrin sayı açıqlanıb


7-02-2022, 11:58. Yazar: sevinc1
İmtahan kəsiri olan tələbələrin sayı açıqlanıb

Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 bal və yuxarı olan tələbələr Təhsil Tələbə Krediti Fondundan kredit götürə bilər.

Trend-in məlumatına görə, bunu Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev bu gün təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı təqdimatda deyib.

O qeyd edib ki, Azərbaycanda ümumilikdə təhsil haqqını ödəyən tələbələrin sayı 126 min 173 nəfərdir. “Tələbələrin 28674-ü akademik borcu olanlardır ki, bu da həmin tələbələrin 20-30 faizini təşkil edir.

41291-inin ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan aşağıdır. Bu da 30-40 faiz təşkil edir", - deyə o bildirib.

aia.az
Geri dön